Sumqayıtda mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordları qeydə alınıb.
"İnformator.az" xəbər verir ki, bu, XII tura təsadüf edib.
“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.
Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 seyrçi olub.
