00:00:00
Yazar
Ayan Sadi
22.10.2026 21:42 23 2 dəq oxuma
Gündəm

Süni intellekt ciddi kibertəhlükəsizlik boşluğu aşkarlayıb

Süni intellekt ciddi kibertəhlükəsizlik boşluğu aşkarlayıb

Süni intellektin köməyi ilə internet saytlarının təxminən 70 faizinə təsir edə biləcək ciddi kibertəhlükəsizlik boşluğu aşkarlanıb. Təhlükənin üzə çıxmasından sonra dünyanın müxtəlif ölkələrində bir sıra internet saytları mümkün kiberhücumların qarşısını almaq məqsədilə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

CNN Business-in məlumatına görə, problem internet saytlarının hazırlanmasında geniş istifadə olunan PHP proqramlaşdırma dili ilə bağlıdır. PHP-də aşkarlanan və “PHP2Shell” adlandırılan boşluqlar kibercinayətkarlara parol tələb etmədən serverlərə uzaqdan müdaxilə etmək, məxfi məlumatları əldə etmək və sistemlərin fəaliyyətini pozmaq imkanı verə bilər.

 

Təhlükəsizlik boşluqları OpenAI və Google-a məxsus “Wiz” şirkətinin də daxil olduğu kibertəhlükəsizlik tədqiqatçıları tərəfindən süni intellekt alətlərinin köməyi ilə müəyyən edilib. Mütəxəssislərin bildirdiyinə görə, süni intellekt əvvəllər mürəkkəb və uzun müddət tələb edən təhlükəsizlik araşdırmalarını daha qısa zamanda həyata keçirməyə imkan verib.

 

Problemin aşkarlanmasından sonra PHP proqramlaşdırma dilinin inkişafına cavabdeh olan qurum təhlükəsizlik yeniləmələri yayımlayıb və istifadəçiləri sistemlərini dərhal yeniləməyə çağırıb. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də təşkilatlara proqram təminatını yeniləməyi, bunu dərhal edə bilməyənlərə isə riskli sistemləri müvəqqəti olaraq internetdən ayırmağı tövsiyə edib.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində Niderland, Fransa və digər ölkələrdə bəzi dövlət qurumlarının internet saytları müvəqqəti olaraq əlçatmaz olub. Məqsəd mümkün hücumların və məlumat sızmalarının qarşısını almaqdır.

 

Mütəxəssislər bildirirlər ki, bu hadisə süni intellektin kibertəhlükəsizlik sahəsində həm müdafiə imkanlarını gücləndirdiyini, həm də potensial riskləri artırdığını göstərir. Buna görə də proqram təminatının vaxtında yenilənməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

 

CNN Business, Reuters.

Ayan Məmmədzadə

#kibertəhlükəsizlik #intellekt #ciddi #yeni #süni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər