00:00:00
Yazar
Elmira Ağayeva
25.05.2026 20:39 27 2 dəq oxuma
Media

Süni intellekt risklərinə qarşı ən effektiv həll elə Sİ alətləridir  

Süni intellekt risklərinə qarşı ən effektiv həll elə Sİ alətləridir

 

"Öyrənilməyən və öyrədilməyən hər şey təhülkəlidir", "Sİ risklərinə qarşı ən effektiv silah yenə Sİ-dir” ‐ Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin baş mütəxəssisi Tahir Qurbanov sonuncu təlimdə dedi.
 

O, “Media nümayəndələri üçün kibermaarifləndirmə və süni intellekt əsaslı kiber mühitdə tədbiqlər”adlı təlimində rəqəmsal təhlükələr, süni intellektin yaratdığı risklər, fişinq hücumları, ictimai Wi-Fi təhlükələri və şəxsi məlumatların qorunması yolları haqqında məlumat verdi.  
“Bir şeyə pul ödəmirsinizsə, demək məhsul orada sizsiniz.”-təlimçi, xüsusilə xaricdə turistlərin sıx olduğu ərazilərdə “free Wi-Fi” adı altında yaradılan saxta hotspotların geniş yayıldığını vurğuladı. 

Təlimçinin  təqdim etdiyi statistikaya görə, dünyada hər gün 2200-dən çox kiberhücum qeydə alınır və hücumların 95 faizi insan səhvləri nəticəsində baş verir. Orta hesabla bir kibertəhdidin aşkarlanması isə 277 gün çəkir. 2010-cu ildən etibarən kibercinayətlərin sayı artmaqda davam edir.
VPN istifadəsi ilə bağlı  media nümayəndələrinə ehtiyatlı olmağı tövsiyyə etdi:  “Mobil tətbiq mağazalarından təsadüfi VPN proqramları yükləmək təhlükəlidir. Yalnız etibarlı və mümkün olduqda şirkətin   təqdim etdiyi VPN xidmətlərindən istifadə edilməlidir”.
 


Tahir Qurbanov media nümayəndələrinə təhlükəsizlik üçün istifadə edə biləcəkləri proqram və platformalar da təqdim etdi.  O, “Proton Mail”i şifrələnmiş elektron poçt göndərilməsi üçün, “Signal Messenger”i təhlükəsiz mesajlaşma və zənglər üçün, “Tor Browser”i isə anonim internet istifadəsi üçün tövsiyə etdi. 
Bundan başqa, şübhəli linklərin yoxlanılması üçün “VirusTotal” və “URLScan”, şəkil və videoların doğruluğunu araşdırmaq üçün isə “Google Reverse Image Search”, “TinEye”, “Deepware Scanner” və “FakeCatcher” kimi alətlərin istifadəsini əsas gətirdi.
Məlumat sızmalarını müəyyən etmək üçün “Have I Been Pwned” platformasının istifadəsi, Azərbaycanda kibertəhlükəsizliklə bağlı fəaliyyət göstərən “SEF Az” platformasının üstünlüklərindən danışdı.  


Təlimin sonunda iştirakçılara kibertəhlükəsizliklə bağlı əsas “qızıl qaydalar” təqdim olundu: 
-naməlum linklərə daxil olmamaq; 
-iki mərhələli doğrulamadan istifadə etmək; 
-cihazları mütəmadi yeniləmək; 
-ehtiyat nüsxələr yaratmaq; 
– ictimai Wi-Fi şəbəkələrindən ehtiyatla istifadə etmək.


Qeyd edək ki,  Teleradio Akademiyasının İnnovasiaya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə keçirlən "Mediada Rəqəmsal Savadlılıq" təlimi başa çatdı. 
 Üç müxtəlif mövzuya həsr olunan təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Fəridə Sadıqzadə

#Media #rəqəmsallıq #AzTv #Teleradioakademiyası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər