Süni intellekt şirkəti ABŞ birjasında səhmlərini ictimai satışa çıxarmağı planlaşdırdığını bildirib
Süni intellekt şirkəti Anthropic ABŞ birjasında səhmlərini ictimai satışa çıxarmağı planlaşdırdığını bildirib.
Süni intellekt nəhəngi Anthropic ABŞ-də açıq səhmdar cəmiyyətə çevrilməyi planlaşdırdığını açıqlayıb. Məşhur Claude çatbotunun yaradıcısı olan şirkət bazar ertəsi bildirib ki, bu il ilkin kütləvi səhm təklifi həyata keçirmək məqsədilə ABŞ-nin U.S. Securities and Exchange Commission qurumuna məxfi sənədlər təqdim edib.
BBC
Gövhər Mehyəddinova