00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
02.10.2026 21:11 18 2 dəq oxuma
Sosial

Süni intellekt yoxsa xaos?-Meta yeni planını işə salır

Süni intellekt yoxsa xaos?-Meta yeni planını işə salır

 


Süni intellektin sürətli inkişafı internetdə yeni imkanlarla yanaşı, müəyyən narahatlıqlar da yaradır. Bəzi mütəxəssislər bu texnologiyanın insanlara qarşı istifadə oluna biləcəyindən və bunun ciddi problemlərə səbəb ola biləcəyindən ehtiyat edirlər.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında  İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Meta-nın açıqkodlu süni intellekt modelləri interneti addım-addım sayt gəzməkdən çıxarıb, hər kəsin öz şəxsi köməkçisi ilə anında cavab aldığı canlı bir sistemə çevirir:


"Meta şirkətinin son nəsil modelləri internet tarixini kökündən dəyişdirə bilər və texnologiyanın geniş yayılması istifadəçilərin informasiya axtarış vərdişlərini klassik veb-sayt keçidlərindən birbaşa hazır məlumata yönəldir. Açıq kodlu modellərin əlçatanlığının artması müstəqil tərtibatçıların və şirkətlərin öz xüsusi tətbiqlərini yaratmasını sürətləndirir, bu da mərkəzləşdirilən platformalardan fərdiləşdirilən rəqəmsal köməkçi şəbəkəsinə keçidi təmin edir. Nəticədə internet artıq sabit məlumatların saxlandığı ünvanlar toplusu deyil, daim dəyişən kontentin anlıq formalaşdığı qarşılıqlı mühitə çevrilir".

Ekspert bildirib ki,süni intellekt tətbiqlərinin istifadəçi haqqında topladığı məlumatlar əsasında onun vərdişlərini və gələcək addımlarını dəqiqliklə təxmin edən xüsusi profil formalaşdırılır:

"Bu profilin həddindən artıq dəqiq olması dələduzların insan psixologiyasından istifadə edərək onları aldatmasını və fikirlərini istənilən tərəfə yönləndirməsini xeyli asanlaşdırır. Digər tərəfdən, süni intellekt sistemlərinin insan əvəzinə özbaşına qərarlar qəbul etməsi, baş verə biləcək səhvlərə görə qanun qarşısında kimin cavabdeh olduğunu və istifadəçi icazələrinin harada bitdiyini qeyri-müəyyən edir.Süni intellektin sorğulara birbaşa hazır cavab verməsi ənənəvi saytlara daxil olan istifadəçi sayını kəskin azaldır və media resurslarını əsas reklam gəlirlərindən məhrum edir. Eyni zamanda dəyişən SEO (saytlar arasında ən keyfiyyətli olanı önə çıxaran avtomatik qaydalar) alqoritmləri kiçik biznesləri arxa plana sıxışdıraraq rəqəmsal bazarda böyük platformaların inhisarını daha da gücləndirir".

Ayan Məmmədzadə

#gündəm #işə #xaos?-meta #planını
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər