Sürət, adrenalin və risk
Adrenalin və sürəti sevənlər üçün ən maraqlı əyləncə vasitəsi attraksionlar hesab edilir. Lakin burada daha önəmli məqam risk faktorudur. Yəni təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmadığı təqdirdə əyləncə faciə ilə nəticələnə bilir. Bəs paytaxtda fəaliyyət göstərən attraksionarda təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunur?
TİTR: LALƏ QAFAROVA
STAND-UP: Bu atraksionlar hər birimiz üçün böyük adrenalin və həyəcandır. Lakin bu sürətin və hündürlüyün arxasında dəyişməz bir qızıl qayda dayanır: Əyləncə təhlükəsiz olduğu qədər gözəldir! Bəs parklarda üz tutduğumuz yaxınlarımızı və doğmalarımızı etibar etdiyimiz bu qurğular nə dərəcədə təhlükəsizdir?
SORĞU:
“Birinci olaraq, mütəxəssislərimiz, texniklərimiz və biz tərəfindən əvvəlcədən atraksionlar yoxlanılır. İşə düşülür. Və daha sonra da müştərilərimizə açılır. Bütün kəmərləri bir-bir özümüz yoxlayırıq. Valideynlərin kəmərləri, uşaqların kəmərlərini bir-bir diqqətlə yoxlayırıq”.
Bəs əylənməyə gələnlərin özləri necə, təhlükəsiz tədbirlərinə nə dərəcədə diqqət yetirirlər?
SORĞULAR:
1.Güvənliyimiz yaxşı səviyyədədir. Təhlükəsizlik yaxşıdır.
2.Təhlükəsizlik kəmərindən istifadə edirik. Maraqlıdır.
3.Artıq tez-tez gəldiyim üçün öyrənmişəm. Birinci dəfəki kimi qorxunc olmur.
4.Valideynlərimlə həmişə bura gəlirik. Çox maraqlıdır, əyləncəlidir. Kəmərləri bağlayırlar. Mən də təzədən riyaət edirəm, baxıram.
5.Kəmər taxılandan sonra özüm də nəzər yetirirəm, görürəm ki, həqiqətən də təhlükəsizliyə nəzarət edirlər.
6.Həmişə gəlirik ailəli. Kəmərimi taxırlar. Mən də riyaət edirəm. Taxmayanda özüm taxıram.
Mütəxəssislərin sözlərinə görə gündəlik yoxlamalarla yanaşı qurğuların ümumi texniki sazlığı və hüquqi normativlərə cavab verməsi də vacibdir.
TİTR: ORXAN MUSAYEV - TƏHLÜKƏSİZLİK ÜZRƏ EKSPERT
“Dövlət reyestrində qeydiyyatda olmayan atraksionlar, texniki baxışdan mütəmadi olaraq keçirilməyən atraksionlardır ki, bu atraksionlardan istifadə insan həyatı üçün çox təhlükəlidir. Atraksionlardan istifadədən öncə atraksion operatorları tərəfindən iştirakçılar təlimatlandırılmalıdır. Atraksionlarda oturuş qaydası, fərdi mühafizə vasitələrinin və təhlükəsizlik kəmərinin düzgün formada istifadə edilməsi, təhlükəli davranışlarla bağlı məlumatlar iştirakçılara verilməlidir”.
Bəs qurğuların istismara yararlı olduğunu göstərən əsas meyarlar hansılardır?
TİTR: SAHİL MƏNSİMOV – SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİNİN ƏMƏKDAŞI
“Hər bir atraksion ildə 1 dəfədən az olmayaraq, sınaq olunmalıdır. Və onun müəyyən il üçün istismara yararlı olduğu müəyyən edilməlidir. Texniki sınaqlar aparılmış atraksionların girişində atraksionların qeydiyyat nömrəsi və onun növbəti sınaq müddətini göstərən lövhələr vurulmalıdır”.
Mütəxəssislərin sözlərinə görə ani elektrik kəsilməsi və ya gözlənilməz texniki nasazlıq zamanı ehtiyat generatorlar dərhal işə salınmalı, insanlar ləngimədən təxliyə edilməlidir. Hər hansı təhlükə riskində isə atraksionun istismarı dərhal dayandırılmalıdır.
LALƏ QAFAROVA, RÜSTƏM ABDULLAYEV, AZTV XƏBƏR