Sürət yenidən İstanbula qayıdır: Formula 1 və İstanbul Parkın böyük dönüşü
Formula 1 2027-ci ildən etibarən yenidən Türkiyəyə qayıdır. İstanbul Park ən azı beş il müddətinə yarış təqviminə daxil edilib. Qərarı Recep Tayyip Erdoğan Dolmabahçe Sarayında keçirilən mərasimdə açıqlayıb.
Türkiyə 2027-2031-ci illər ərzində beş mövsüm Formula 1 yarışlarına ev sahibliyi edəcək. Stefano Domenicali İstanbulun təqvimə qayıdışından məmnunluğunu ifadə edib, FIA rəhbəri Mohammed Ben Sulayem isə bu qərarın əvvəlcədən verilən vədin yerinə yetirilməsi olduğunu bildirib.
Mərasimdən sonra Formula 1 bolidi ilə şəhərdə nümayiş turu keçirilib. Mütəxəssislər isə İstanbul Parkın çoxsaylı təbii enişli-yoxuşlu quruluşuna görə sürücülər üçün xüsusi və çətin traslardan biri olduğunu vurğulayır.
*BBC*
Fatimə Hüseynli