00:00:00
Yazar
Admin User
14.04.2016 11:47 579 1 dəq oxuma
Sosial

Şura 2016-cı ilin I qrant müsabiqəsinin qalibləri üçün məlumatlandırma sessiyası keçirib

n QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.
Şura 2016-cı ilin I qrant müsabiqəsinin qalibləri üçün məlumatlandırma sessiyası keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin I maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuradan İnformator.az-a verilən məlumata görə, toplantıda 250-dən çox təşkilatın nümayəndəsi iştirak edib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək məlumatlandırma sessiyalarının layihələrin effektiv idarə olunmasını təmin etmək məqsədi ilə mütamadi qaydada keçirildiyini bildirib. F. Qurbanov məruzəsində Katibliklə QHT-lər arasında imzalanacaq qrant müqavilələrinin müddəaları və öhdəliklər, layihələrin icra planı ilə bağlı ortaya çıxan məsələlər, icra olunan layihələrin səmərəliliyinin artırılması yolları, təşkil olunacaq tədbirlərin auditoriyasının peşəkar əsasda seçilməsi, maliyyə və təsviri hesabatların hazırlanması, nəticələrin qiymətləndirilməsi və digər məsələlərə toxunub.

İcraçı direktor QHT-lərin müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb. Şura Katibliyinin baş mühasibi Emin Məmmədov layihə üzrə vəsaitlərin idarə olunması və maliyyə hesabatları barədə sessiya iştirakçılarına məlumat verib.

Toplantının sonunda Katiblik əməkdaşları QHT təmsilçilərinin suallarını cavablandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər