00:00:00
Yazar
Admin User
02.03.2016 13:40 406 2 dəq oxuma
Sosial

Şura seçkilərin keçirilmə vaxtını müəyyən edib

AzAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şura seçkilərin keçirilmə vaxtını müəyyən edib

AzAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. 

İnformator.az xəbər verir ki, Şura sədri Azay Quliyev iclasın gündəliyinə Şuranın elan etdiyi 1-ci maliyyə müsabiqəsi fondunun müəyyənləşdirilməsi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırması Qaydasının icrası haqqında təlimatın, Şuranın maliyyə yardıma ilə QHT-lər tərəfindən icra olunan layihələrin Şura Katibliyi tərəfindən idarə edilməsi qaydalarının, Şuranın 2016-cı il fəaliyyət planının, Şura üzvlüyünə seçkilərin keçirilməsinin təqvimi və iclasların keçirilmə qaydaları haqqında təlimatın təsdiqi, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi və digər məsələlərin daxil olunmasını təklif edib və gündəlik bu ardıcıllıqla təsdiq edilib.

Şura Katibliyinin icraçı direktoru Fərasıt Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli və baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.

Əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F. Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə Şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.

İclasda Şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər