00:00:00
Yazar
Admin User
01.06.2017 08:17 711 1 dəq oxuma
Sosial

Şuranın maliyyə dəstəyi ilə televiziya proqramı hazırlanıb

Televiziya proqramı may ayının 27-i, saat 19:30-da ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” telekanalında yayımlanıb.
Şuranın maliyyə dəstəyi ilə televiziya proqramı hazırlanıb

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində televiziya proqramı hazırlanıb.

İnformator.az-ın məlumatına görə, Xaçmaz rayonunda sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji reabilitasiyasından bəhs edən televiziya proqramında bir sıra dövlət qurumlarının rəsmiləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak edib. Proqramda bu uşaqların fiziki və psixoloji reabilitasiyası zamanı qarşılaşdıqları problemlər, onların həlli yolları, bu uşaqların sağlamlıq imkanlarının bərpası üçün dövlət tərəfindən görülən işlər, onlara qarşı xüsusi diqqət və qayğının olduğu vurğulanıb.

Televiziya proqramı may ayının 27-i, saat 19:30-da ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” telekanalında yayımlanıb.

Proqramın tam versiyası:

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər