Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən qədim qəbiristanlıq
Suraxani rayonunun Hövsan qəsəbəsində olan qədim qəbristanlıqalardan biri…
Qədimliyini özündə göstərən isə tarixçilərin belə oxumaqda çətinlik çəkdiyi qəbir yazıları, sərdabə məzarlar və məqbərələrdir. Bəzi meyitlərin sümükləri isə açıq ərazidə qalıb.
Tarixi XIV-XV əsrlərə qədər gedib çıxan qədim Zığ qəbiristanlığı. Məzarlıqda bir çox qədimi qəbir daşları və 15-ə yaxın sərdabə qəbirlər yerləşir. Burada yerləşən sərdabələrdə basdırılan şəxslər isə o zamanlar ziyarətgahlara üz tutan səxlər olub. Onlar açıq şəkildə o səbəbdən basdırılıb ki, kənd sakinləri kimsə həmin ziyarətgahlara üz tutanda bu meyitləri də aparsınlar və orada basdırılsınlar.
Kəndin yaşlı sakinlərinin sözlərinə görə, bu qəbirlərdə adətən imkanlı şəxlər basırılırdı və ölməzdən öncə vəziyyət edirdilər ki, arzuları həyata keçirilsin. Kənd sakini Hacıağa Abdullayev deyir ki, onları burda 10 gün-1 ay saxlayıblar: “Sonra kimin yolu Kərbəla ziyarətinə düşürdüsə, gedəndə özləri ilə aparıb basdırırdılar. Bunlar aparılmayanlardır ki, qalıb. Sovet hökuməti gələndə yollar bağlandı. Onlar qaldı burda”.Kənd sakini bildirir ki, indi də kənd əhalsi burda basdırılmır.
Kurqan adlanan bu məzarlarla yanaşı, qəbiristanlığın ərazisində açıq şəkildə olan meyitlərin hissələrinə də rast gəlmək olar. Qəbiristanlıqda üzdə olan sümüklərdən biri də bu kəllə sümüyüdür ki, onun da təxminən 19-cu əsrə aid oldu iddia olunur. Eyni zamanda yanında olan digər sümüklər var və bunlar qabırğa sümüklərinə bənzəyir. Diqqətetdikdə görünür ki, üzərində hələ də dərisi yapışmış haldadır. Bu da şəxsin hansısa xəstəlikdən əziyyət çəkdiyini göstərir.
Kənd sakini Atababa Abdullayev deyir ki, burda olan qəbirlərin üstündə elə hərflər yazılıb ki, hətta tarixçilər də oxuya bilmir. Sakinlər həm də kəndin tarixi məzarlığının baxımsız və nəzarətsiz olduğundan gileylənirlər.
Kəndin tarixini özündə əks etdirən abidələrdən biri də qədim məqbərədir. Bəzi mənbələrdə 2 əsrə, bəzilərində isə 8 əsrə yaxın yaşı olan bu məqbərədə bir ailənin üzvləri basdırılıb. Saydıqda görmək olur ki, bu məqbərədə ikisi uşaq olmaqla cəmi 10 nəfər dəfn olunub. Amma təəssüflər olsun ki, məqbərənin vəziyyəti qənaətbəxş deyil, qəzalı vəziyyətdədir və hər an divarları uçma təhlükəsi ilə üz-üzədir.
Digər bir kənd sakini Ağasadıq Sadıqov bildirir ki, kəndin tarixi bilinmədiyi kimi qəbiristanlığın da tarixi bilinmir.
Kəndin bələdiyyə sədri isə qəbiristanlığın ərazisinə nəzarət olunduğunu, kənar müdaxilələr olduğu tədirdə isə tez bir zamanda problemin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirib: “Zığ kənd qəbiristanlığı ta qədimə - 14-cü, 15-ci əsrə aid olan qəbiristanlıqdır. Bu qəbiristanlıq Zığ bələdiyyəsinin inzibati ərazisində yerləşdiyinə görə, burada gündəlik təmizlik və abadlıq işləri aparılır”.
Sədr onu da əlavə edib ki, bələdiyyənin işçiləri həftdə 3 dəfə olmaqla qəbirlərin üzəri və ətrafında təmizlikişləri həyata keçirirlər. Qaldı ki, sərdabə və məqbərələrin restavrasiya olunmasına, bu, artıq Mədəni İrsin Qorunması Agentliyinin öhdəliyinə düşən məsələdir.
Zeynəb
