00:00:00
Yazar
Səadət Əlizadə
15.07.2026 11:12 29 2 dəq oxuma
Sosial

Suraxanıda yenidən qurulan park istifadəyə verilib

Suraxanıda yenidən qurulan park istifadəyə verilib

Şəhərsalma və Memarlıq İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri davam edərək Yeni Suraxanı qəsəbəsində də əsaslı yenidənqurma işləri aparılıb.

 

“İnformator.az” xəbər verir ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi və müasir Azərbaycanın inkişaf, tərəqqi yolunun başlandığı əlamətdar tarixi gün münasibətilə Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yenidən qurulmuş Ulu Öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən 14 İyul Xatirə kompleksi ziyarət olunub və Ümummilli Liderin ruhu ehtiramla yad edilib.
 

Daha sonra isə əsaslı şəkildə yenidən qurulan Yeni Suraxanı parkı sakinlərin istifadəsinə verilib.


Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları parkda yerləşən şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər.
 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul tarixi xalqımızın taleyində mühüm əhəmiyyətə malikdir. Məhz buna görə də bu əlamətdar gündə əsaslı təmir olunmuş 14 İyul Xatirə kompleksinin ziyarət edilməsi və yenidən qurulmuş parkın sakinlərin istifadəsinə verilməsi xüsusi rəmzi məna daşıyır. Rayon rəhbəri qeyd edib ki, parkın müasir tələblərə uyğun şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi Ulu Öndərin xalqın rifahına, ərazilərin abadlaşdırılmasına və insanların rahat yaşayışının təmin olunmasına xidmət edən siyasətinə verilən dəyərin bariz nümunəsidir.

#baki #suraxanıda #istifadəyə #verilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər