Suriya ordusu ABŞ bazasını ələ keçirib
Suriya ordusu Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Haseke əyalətindəki Əş-Şədadi ABŞ hərbi bazasını ələ keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyat ABŞ tərəfi ilə razılaşmadan sonra həyata keçirilib.
