00:00:00
Yazar
Admin User
17.01.2026 18:05 63 1 dəq oxuma
Dünya

Suriya ordusu irəliləyir

Suriya ordusu irəliləyir

Suriya ordusunun terror təşkilatı SDQ-yə qarşı əməliyyatları davam edir.

 

"İnformator.az"Türkiyə mediasına istinadən xəbər verir ki, artıq ordu Hələb şəhərinə bağlı Deyr Hafir və Məskənə bölgələrini tamamilə nəzarətə götürüb.

 

Məlumata görə, Suriya ordusu hazırda Rakkaya daxil olub və Dibsi Afnan qəsəbəsini terrorçulardan geri ala bilib.

 

Suriya ordusu Suriyanın şimalındakı Rakka əyalətində əvvəllər Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən idarə olunan iki neft yatağına nəzarəti ələ keçirib.

 

Bu barədə “Əl-İxbariyyə” operativ komandanlığa istinadən məlumat yayıb.

 

Suriya ordusu telekanala bildirib ki, Safyan və Əs-Saura neft yataqları, eləcə də Ət-Tabqa şəhəri yaxınlığındakı Ər-Rəsəfə qovşağı (strateji nəqliyyat qovşağı - red.) üzərində nəzarəti ələ keçirib.

 

Qeyd edək ki, bu gün Hələbin şərqindəki Deyr Hafir şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra Suriya Silahlı Qüvvələrinin bölmələri Rakka əyalətinə yerləşməyə başlayıb.

 

Ordu həmçinin Tabqa hava bazasını da SDQ/YPG terrorçu qruplaşmasından azad edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər