Suriya ordusu SDG-yə qarşı əməliyyata başlayır
10 Mart Razılaşmasını pozan terror təşkilatı SDG yenidən Hələbə hücum edib. Suriya ordusunun Hələbdə SDG-nin hücumlarına qarşı məhdud miqyaslı hərbi əməliyyata başlayacağı bildirilib.
Suriya İnformasiya Nazirliyinin Xarici Media İdarəsi açıqlayıb ki, son bir ay ərzində terror təşkilatı SDG-nin hücumları nəticəsində 20-dən çox mülki şəxs və 25-dən çox əsgər həlak olub, 150-dən çox insan isə yaralanıb.
Açıqlamada qeyd olunub ki, bu hücumlar Hələbdə gündəlik həyatı və ticarəti ciddi şəkildə mənfi təsirləndirib. Bildirilib:
“Suriya Ərəb Ordusu, SDG-nin mülki yaşayış məhəllələrinə, əsas yollara və təhlükəsizlik qüvvələrinə qarşı davam edən hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyat başladacaq”.
TRT Haber
Səadət Əlizadə
