00:00:00
Yazar
Admin User
08.01.2026 09:42 60 1 dəq oxuma
Dünya

Suriya ordusu “SDQ”yə qarşı hərbi əməliyyata başlayıb

Suriya ordusu “SDQ”yə qarşı hərbi əməliyyata başlayıb

Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb.

 

Bu barədə “İnformator.az” SANA-ya istinadən xəbər verir.

 

Məlumatlara görə, Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında komendant saatı tətbiq edilib. Mülki əhaliyə SDQ-nın bütün mövqelərindən uzaq durmağa çağırış edilib, bu mövqelər ordunun leqitim hədəfləri elan edilib.

 

Xatırladaq ki, Suriyanın paytaxtında vəziyyət yanvarın 6-da “SDQ”nin pilotsuz uçuş aparatları ilə hökumət qüvvələrinin mövqelərinə hücum etdikdən sonra kəskinləşmişdi. Hücum nəticəsində 5 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Şəhər mərkəzindəki dövlət qurumları işlərini dayandırıb, məktəb və universitetlərdə dərslər təxirə salınıb. Həmçinin Hələb beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər