00:00:00
Yazar
Admin User
22.02.2016 09:46 517 1 dəq oxuma
Dünya

Suriyada atəşkəs üçün müvəqqəti razılaşma

Suriyada ötən gün baş verən bombalı hücumda dünyasını dəyişənlərin sayı 140-a çatıb.
Suriyada atəşkəs üçün müvəqqəti razılaşma

Suriyada ötən gün baş verən bombalı hücumda dünyasını dəyişənlərin sayı 140-a çatıb.

İnformator.az “Euronews”a istinadən xəbər verir ki, paytaxt Dəməşqin çiələr daha çox yaşadığı məhəlləsində 4 müxtəlif partlayış baş verib. Terror təşkilatı İŞİD-in üzərinə götürdüyü partlayışlarda ən az 83 nəfər ölüb, 200 nəfər yaralanıb.

Hadisə şahidi partlayışların qısa fasilə ilə bir-birinə yaxın yerlərdə baş verdiyini deyib: “Evin üst mərtəbəsində yatanda iki partlayış eşitdim. Beş dəqiqə sonra təcili yardıma zəng edərkən ikincisini eşitdim. Kimsə üstündəki bombaları partladıb. Beş ya da yeddi dəqiqə sonra daha bir partlayış oldu. Burada ona baxırdım”.

Suriya hakimiyyət qüvvələrinin yenidən nəzarəti ələ keçirdiyi Homs şəhəri isə gün ərzində bombalı maşınlarla təşkil edilən iki hücumun hədəfi olub. Partlayışlarda ən azı 57 nəfər dünyasını dəyişib. Yenə İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü  hücumda yaralı sayının yüzdən çox olduğu bildirilib.

Bu arada ABŞ dövlət katibi Con Kerr rusiyalı həmkarı Sergey Lavrovla olan telefon danışığında Suriyada keçici atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb: “Qarşıdakı saatlarda qarşıdurmaların dayandırılması mümkündür”.

Atəşkəsin detalları ilə bağlı açıqlama verməyən Kerri eyni zamanda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putinin görüşə biləcəyini deyib. Razılaşmanın da bu görüşdən sonra qüvvəyə minməsi ehtimal edilir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər