00:00:00
Yazar
Admin User
17.01.2026 05:21 64 1 dəq oxuma
Dünya

Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb

Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb

Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.

 

1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər