Suriyada ələvilərin sıx şəkildə yaşadığı sahil bölgəsində son vəziyyət necədir?
Suriyadakı Dəməşq administrasiyası martın 6-dan münaqişələrin davam etdiyi Latakiya və Tartus bölgələrində başlayan hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
Suriya müvəqqəti administrasiyasının prezidenti Əhməd əl-Şara martın 9-da bildirib ki, dinc əhalinin öldürülməsində rolu olan hər kəsə dözülməyəcək və onların hamısı mühakimə olunacaq.
Əl-Şara həmçinin, “Heç kim qanundan üstün olmayacaq və əli Suriya qanı olan hər kəs gec-tez ədalətlə üzləşəcək” deyib.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son qarşıdurmalarda 900-dən çoxu mülki şəxs olmaqla, təxminən 1500 nəfər həyatını itirib.Dəməşqdəki müvəqqəti administrasiya qətliam iddialarını araşdırmaq üçün milli komitənin yaradılacağını açıqlayıb.
Suriyanın rəsmi agentliyi SANA-ya danışan Müdafiə Nazirliyinin sözçüsü polkovnik Həsən Əbdülqəni Bəşər Əsədə bağlı “rejim qalıqlarının” bölgədən təmizləndiyini və təhlükəsizliyin bərpa olunduğunu açıqlayıb.
Əbdülqəni, ictimai qurumların əsas xidmətlərin göstərilməsinə yenidən başladığını açıqladı və "təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün işlərin" davam etdiyini bildirib.
BBC TÜRK
Məryəm Zaliyeva