Suriyada Əsəd rejimi ilə əlaqəli şəxslərin cəzalandırılması tələbi ilə etirazlar keçirilib
Suriyanın müxtəlif bölgələrində iyunun 12-14-də Bəşər Əsəd hakimiyyəti ilə əlaqəli şəxslərin məsuliyyətə cəlb edilməsi və yaşadıqları ərazilərdən uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilib. Deyrizorda keçirilən oturaq etiraz aksiyasının iştirakçıları rəsmi qurumları Əsəd rejimi ilə əlaqəli şəxslərə himayə göstərməkdə və onları reabilitasiya etməkdə ittiham ediblər. Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Hələb, İdlib və digər şəhərlərdə də oxşar etirazların baş verdiyini bildirib. Etirazçılar ədalətin təmin olunmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və zərərçəkənlərin hüquqlarına hörmət göstərilməsini tələb ediblər. Bəşər Əsəd rejimi 2024-cü il dekabrın 8-də, Əhməd Şaara rəhbərlik etdiyi müxalif qüvvələrin hakimiyyəti ələ keçirməsi və Bəşər Əsəd ölkəni tərk etməsi ilə sona çatıb.
BBC NEWS
Səmayə Səftərova