Suriyalı gəncin Ukrayna cəbhəsində tələyə düşməsi
Videoda alovlar Ömərin pasportunun kənarlarını yalayır. “Yaxşı yanır", - kadra düşməyən bir qadın rusca deyir.
26 yaşlı suriyalı tikinti işçisi Ömər həmin video telefonuna gələndə Rusiyanın Ukraynaya qarşı müharibəsində təxminən doqquz aydır ön cəbhədə yerləşdirilib.
O, qadının səsini tanıyıb. Ömərin sözlərinə görə, onu Rusiya üçün döyüşməyə yazılmağa kömək edən, gəlirli iş və Rusiya vətəndaşlığı vəd edən Polina Aleksandrovna Azarnıx idi. Amma indi Polina qəzəbli idi.
Təhlükəsizliyi üçün təxəllüslə danışan Ömər Ukraynadan göndərdiyi bir sıra səsli mesajlarda müharibə zonasına necə tələyə düşdüyünü və qorxu içində qaldığını təsvir edir.
BBC NEWS
Banu Məmmədova
