00:00:00
Yazar
Admin User
13.11.2023 15:17 292 1 dəq oxuma
Sosial

Şuşa əhalisinin işlə təmini üçün kifayət qədər şərait varmı?

Şuşa əhalisinin işlə təmini üçün kifayət qədər şərait varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 73 nəfər keçmiş məcburi köçkün olan şəxsi doğma torpaqları Şuşada işlə təmin edib. Bəs, işğaldan azad olunan torpaqlarda maaş baxımdan əhalinin dolanışığı tam təmin ediləcəkmi? Əhalinin işlə təmini üçün kifayət qədər şərait varmı?

 

Millət vəkili Rüfət Quliyev informator.az -a açıqlamasında suallarımızı cavablayıb. Deputat deyir ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər qüdrəti və maaliyyəsi mövcuddur.

 

"Təbii ki, bu mərhələli bir proses olacaq. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, dövlət orada elə bir şərait yaradacaq ki, oraya qayıdan insanlar sahibkarlıqla məşğul olsunlar. Sahibkarlıq üçün kifayət qədər şərait var. Kənd təsərrüfatı, turizm, emal zavodlarında yeni layihələr həyata keçirilir. Xüsusi yerlərdə tikintilər var, zavodlar tikilir".

 

Millət vəkili qeyd edir ki, bu səbəblərə görə, bununla bağlı heç bir şübhə qalmamalıdır.

 

“Hər şey yüksək səviyyədə,mərhələli şəkildə təmin olunacaq. Dağ mədənləri yerləri var və orada filiz, qızıl, gümüş və s. bir çox müəssisələr açılacaq, işçi qüvvəsinə də kifayət qədər tələbat artacaq”.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər