Şuşa Qlobal Media Forumu dünya mediasının gündəmində
Prezident İlham Əliyevin 4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir. 49 ölkədən 120 media qurumunu təmsil edən qonaqların iştirak etdiyi tədbirdə müzakirə olunan mövzular qlobal mediada əks-səda doğurub. Dərc olunan məqalələrdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər diqqətə çatdırılıb.
Dünyanın diqqəti mədəniyyət mərkəzi Şuşada keçirilən media forumunda olub. Nüfuzlu nəşrlər Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı barədə məqalələr dərc edib. ABŞ-ın “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalında dövlət başçısının tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edilib. Birləşmiş Krallığın “Daily Trends” qəzeti “Şuşa Qlobal Media Forumu ilə bağlı xəbərləri Dünyanın media liderləri arasında ilhamverici birlik olaraq yayımlayıb.
Media Forumu Rusiya mediasında da geniş işıqlandırılıb. TASS agentliyi, “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.
Leyla
