00:00:00
Yazar
Admin User
25.08.2025 14:36 140 1 dəq oxuma
İdman

"Şuşa" yeni futzalçılarla anlaşıb, klubun loqosu dəyişib

"Şuşa" yeni futzalçılarla anlaşıb, klubun loqosu dəyişib

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin loqosunu dəyişib.


"İnformator.az"ın məlumatına görə, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb. Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq. Klub həmçinin yeni mövsümə yeni loqo ilə start verəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər