Şuşanın girişində ermənilərin "qələbə" simvolu olan tank götürüldü
Bu gün tankçılar "bayramımızdır" deyirlər. Birinci Qarabağ müharibəsindən sonra ermənilərin Şuşa şəhərinin girişində dırnaqarası qələbə simvolu kimi qoyduqları tank abidəsi götürülüb.
Qarabağda döyüşən, Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunov.
Onun vurduğu tank bir təpəcikdə ermənilərin qələbə simvolu olaraq bu günədək orda yer alırdı. Və bu gün isə Azərbaycan qəhrəmanları tərəfindən ərazidən götürüldü.
1992-ci il mayın 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına şəhərə asılmalı olan dırnaqarası fəxri erməni bayrağı verilib. Komandiri erməni tankçısı Qaqik Avşaryan olub. Lakin Avşaryanın 442 nömrəli tankını Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı vurub. Tankın komandiri heyəti ilə birlikdə məhv edilir. Birinci Qarabağ müharibəsindən sonra isə ermənilər Avşaryanın yanmış T-72 tankını bərpa edərək tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə saxlayırdılar.
Albert Aqarunovun komandiri Hacı Əzimov deyir ki, Birinci Qarabağ müharibəsində Aqarunov düşmənin kabusuna çevrilib: “Hətta onun başına 5 milyon rubl qoyulub. O, müharibə dövründə düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib”
Hacı Əzimov deyir ki, düşmən tanklarını xüsusi metodla vurması ilə tanınan Alberti döyüş yoldaşları "yəhudi buterburodu" adlandırırıb:
Albertin mərmisi heç vaxt boş getməyib. Gözləyirdi 2 texnika yanbayan gələndə 1 mərmi ilə vururdu. Albert mərmilər qutaranda doldurmaq üçün arxaya getməlidir. Arxaya gedəndə bizim meyitlər yaralıları tankın üstünə yığırdı çıxardırdı onları qırağa. Sonra mərmiləri doldururdu hücuma keçirdi. Onu snayperlə arxadan vurmuşdular”.
Bakıda Şəhidlər xiyabanında dəfn edilən Albert Aqarunovun 2019-cu ildə adını daşıyan küçədə heykəli qoyulub.
