00:00:00
Yazar
Admin User
11.01.2024 14:22 296 2 dəq oxuma
Sosial

Suvarma kanalı niyə kanalizasiyaya çevrilib?

Suvarma kanalı niyə kanalizasiyaya çevrilib?

Kənd təsərrüfatında suvarma üçün istifadə edilən kanal hazırda kanalizasiya sularının axıdıldığı yerə çevrilib. Söhbət Samur-Abşeron kanalından gedir.

 

Bu ərazidə yaşayan sakinlər kanalizasiya xətti olmadığından çirkab suları elə bu formada evlərinin qarşısından keçən kanala axıdırlar. 

 

Sakinlər deyirlər ki, öz vəsaitləri hesabına dəfələrlə problemin həllinə çalışsalar da effektli nəticə əldə edə bilməyiblər. Naəlac qalıb çirkab suları ya kanala axıtmalı, ya da ki həyətlərində düzəltdikləri şambolardan istifadə etməli olurlar.

 

Sakinlər, ərazidə kanalın altı ilə gedən kanalizasiya xəttinin olduğunu, hətta oda üstü açıq vəziyyətdə həyətlərdən keçdiyini deyirlər. "Azərsu" ASC-dən isə bildirildi ki, ərazidə kanalizasiya xətti mövcud deyil.

 

 

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qeyd etdi ki, həmin ərazidə “Azərsu” səhmdar cəmiyyətinə məxsus mərkəzləşdirilmiş kanalizasiya infrastrtukturu mövcud deyil və həmin açıq kanal, açıq kanalda vətəndaşlar fərdi qaydada tullantı yağış sularını axıdır.

 

"Gələcəkdə təsdiqlənmiş tədbirlər planı və master plana uyğun olaraq həmin ərazidə mərhələlərlə kanalizasiya infrastruktunun yaradılması planlaşdırılır".

 

Təmizlənmə məsələsi isə təbii ki, hər həftə,yaxud hər ay aparılmır. Abşeron suvarma sistemləri idarəsinin baş mühəndisi deyir ki, kanal plana uyğun olaraq ildə 2 dəfə təmizlənir. Gizli şəkildə müdaxilələr edildiyi halda aradan qaldırılır.

 

Abşeron Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Qəmbər Həsənov bildirdi ki, Ceyranbatan qəsəbəsinin və Saray qəsəbəsinin kanalizasiya suları birbaşa kanala axıdılır.

 

"Dəfələrlə biz müraciət etdik. Problem o zaman həllini tapacaq ki, Ceyranbatan və Saray qəsəbələrinin kanalizasiya xəttləri qurulmalıdır. Atılan məişət tullantıları nasosların boğazlarına dolur və nəticədə mühərriklər, elektrik mühərikkləri gücə düşür və ya nasosun valı qırılır ya da elektrik mühərriyi yanır".

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə qeyd etdi ki, kanal ətrafı ərazilər həyət evləri olduğu üçün burada məişət tullantıları əsasən siqnal üsulu ilə daşınır, bəzi ərazilər də isə tullantı qutuları yerləşdirilib.

 

"Qeyd etdiyiniz ərazidə tullantılar siqnal üsulu ilə daşınır yəni müəyyən günlərdə məişət tullantısı daşıyan maşınlar məhlələrə daxil olaraq tullantıları qəbul edirlər".

 

Sakinlərin və qurumların dediklərindən anlaşılan budur ki, həm məişət tullantılarının, həm də çirkab sularının kanalı çirkləndirməsinin qarşısını almağın yeganə yolu əraziyə uyğun plan və ya işləri intensivləşdirməkdir. Əks halda Samur-Abşeron kanalı təyinatı üzrə sahələri suvarmaq əvəzində sadəcə üfunət istehsal etməklə məşğul olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər