SVR: Aİ Ermənistanı Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsməyə sövq edir
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) iddia edib ki, Avropa İttifaqı rəhbərliyi Ermənistanın Rus Pravoslav Kilsəsi ilə əlaqələrini zəiflətməyə çalışır və bunu ölkənin Avropa inteqrasiyası üçün şərt kimi irəli sürür. SVR-nin məlumatına görə, Aİ Ermənistan və Yerevan Yeparxiyasına qarşı nüfuzdan salma kampaniyası aparır, kilsənin fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır.
Qurum həmçinin vurğulayıb ki, Rusiya ilə Ermənistan arasındakı tarixi və mənəvi əlaqələr uzunmüddətlidir və kənar təzyiqlərə baxmayaraq davam edəcək.
Tass
Ədilə Hüseynzadə