00:00:00
Yazar
Admin User
13.07.2023 09:14 293 2 dəq oxuma
Sosial

"Şəxsin mənafeyinə xələl gətirən adlar qadağandır!"

"Şəxsin mənafeyinə xələl gətirən adlar qadağandır!"

"Məmməd”, “Mamed” və “Muhammed” adlarından istifadə etmək qadağandır. Bu ad azərbaycanca sadəcə “Məhəmməd” formasında işlənə bilər. Bu şəkildə yayılan xəbərə fərqli reaksiyalar gəldi. Mamed, adın rus dilində səslənən formasıdı deyib qadağaya haqq qazandıranlar oldu, "Məmməd adına qadağanın tətbiqi gülüncdür" deyənlər oldu. Əslini isə Ədliyyə Nazirliyi açıqladı.

 

Ədliyyə Nazirliyinin vətəndaş vəziyyəti haqlarının reyestr xidmətinin baş məsləhətçisi Nahid Səfərli deyir ki, övladlarına Məmməd və Mamed kimi adların verilməsi ilə bağlı vətəndaşların müraciətləri təmin edilir: “Hər hansı məhdudlaşdırılmaya yol verilmir. Uşaqlara Məmməd və Mamed adlarının verilməsinin qadağan edilməsi ilə bağlı mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir. Qadağa qoyulduğu düşünülən bir çox adlar var ki, o adların qoyulması sadəcə tövsiyə edilmir”.

 

Terminologiya Komissiyasının sədr müavini Sayali Sadiqova hesab edir ki, hər bir valideyn övladına ad verməkdə sərbəstdir: “Ancaq milli adların verilməsi biz tərəfdən daha çox tövsiyə olunur. Yenə də istəmək valideynlərin öz istəyindən asılıdır. Tarixən dilimizdə olub, qədim abidələrimizin adların verilməsi tövsiyə olunur. Bu maarifləndirmə məqsədi güdür. Qadağan etmək isə tamamilə başqa mənanı ifadə edir”.

Ədliyyə Nazirliyinin nümayəndəsi bildirdi ki, konkret olaraq qadağa qoyulan adlar uşağın mənafeyinə xələl gətirə biləcək, şəxsin cinsinə uyğun olmayan və ya gülünc adlardır.

 

Milli Məclisin üzvü Hikmət Babaoğlu deyir ki, 90-cı illərin əvvəllərinə diqqət etsək görəcəyik ki, o dövrdə doğulan nəslin adları daha çox millidir: “2000-ci illərdən sonra artıq dini adlara üz tutdu Azərbaycan xalqı. Bu, çox ciddi sosial göstəricidir. Bu, bir milli təfəkkür göstəricidir. Tarixin elə bir mürəkkəb anında yaşayırıq ki, milli dünyagörüşə sahib çıxmalıyıq. Yəni bu bir həyəcan təbilidir”.

 

Qeyd edək ki, ötən ilin adlar siyahısı üzrə statistika belədir: Uğur, Əli, Hüseyn, Yusif, Məhəmməd. Qızlarda isə ilk beşlikdə Zəhra, Aylin, Məryəm, Zeynəb, Fatimə adları yer alır. Bu ilin geridə qalan 6 ayında da ardıcıllıq demək olar eynidir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər