00:00:00
Yazar
Səadət Əlizadə
13.05.2026 19:25 16 1 dəq oxuma
Media

TƏBİB məlumat yayıb: Bu xidmət dayandırılıb

TƏBİB məlumat yayıb: Bu xidmət dayandırılıb

Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd olunub ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur.

 

Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

#yayıb: #xəbər #baki #xidmət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər