Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb
Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarının 303 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
Mövzu ilə bağlı İT Mütəxəssisi Elvin Həsənov “İnformator.az” a açıqlamasında bildirib ki ,kompüter seçimində marka yox, ehtiyac əsas götürülməlidir:
“Kompüter seçərkən insanların etdiyi ən böyük səhvlərdən biri texniki göstəricilərdən çox reklama və ya markaya fokuslanmalarıdır. Halbuki bu gün bazarda elə modellər var ki, qiyməti yüksək olsa da, istifadəçinin gündəlik ehtiyaclarından qat-qat artıq imkanlar təqdim edir. Nəticədə insan pul xərcləyir, amma həmin gücdən heç vaxt istifadə etmir. Əvvəlcə özümüzə bir sual verməliyik: biz kompüteri nə üçün alırıq? Əgər məqsəd internetdən istifadə, dərs proqramları, sənəd hazırlamaq və onlayn görüşlərdirsə, ən bahalı modellərə ehtiyac yoxdur. Əgər qrafik dizayn, proqramlaşdırma, 3D modelləşdirmə və ya video montaj kimi işlər görüləcəksə, o zaman daha güclü avadanlıq seçilməlidir. Bu gün biz istifadəçilərə ilk növbədə SSD yaddaşa diqqət etməyi tövsiyə edirik. Çünki kompüterin sürətli işləməsinə ən çox təsir edən komponentlərdən biri məhz SSD-dir. İnsanlar bəzən prosessora fokuslanırlar, amma köhnə tip yaddaşdan istifadə etdikdə sistem yenə də ləng görünür. Həmçinin minimum 16 GB RAM artıq rahat istifadə üçün çox vacib hesab olunur. Tələbələr və gündəlik istifadəçilər üçün isə əsas meyar güc deyil, balans olmalıdır. Yüngül, etibarlı, batareyası uzun müddət işləyən və texniki dəstəyi geniş olan cihazlar daha məqsədəuyğundur. Çünki istifadəçi hər gün kompüteri özü ilə daşıyırsa, 100 qram çəki fərqi belə zamanla hiss olunur.
Markalara gəldikdə isə, mən həmişə deyirəm ki, eyni markanın həm çox uğurlu, həm də zəif modelləri olur. Ona görə kompüteri marka adına görə yox, modelin texniki xüsusiyyətlərinə görə qiymətləndirmək lazımdır”.
Arzu Poladova