Təhlükəsizlik xəbərdarlığı sonrası Ronen Bar BƏƏ-ni tərk edib
İsrailin keçmiş Şin Bet rəhbəri Ronen Bar Birləşmiş Ərəb Əmirliklərinə səfərini yarımçıq kəsərək həyat yoldaşı ilə birlikdə İsrailə qayıdıb. İsrail mediası bu addımın İrandan gələn sui-qəsd təhlükəsi ilə bağlı olduğunu irəli sürüb.
İsrailin Kanal 13 Televiziyasının verdiyi xəbərə görə, konfrans zamanı İsrail təhlükəsizlik qüvvələri Bara qarşı ciddi təhdid xəbərdarlığı alıb. Bunun ardınca Ronen Bar və həyat yoldaşı xüsusi əməliyyatla BƏƏ-dən çıxarılaraq İsrailə gətirilib.
CNN Türk
Aydan Əsgərxanlı