00:00:00
Yazar
Səadət Əlizadə
02.07.2026 10:53 21 1 dəq oxuma
Sosial

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

 

2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

 

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

#sertifikasiyadan #təkrar #nəzərinə! #kəsilən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər