00:00:00
Yazar
Admin User
17.10.2023 17:47 413 2 dəq oxuma
Sosial

Tükənmişlik sindromu nədir, bu sindrom nələrə səbəb olur?

Tükənmişlik sindromu nədir, bu sindrom nələrə səbəb olur?

"İnsanların uzunmüddətli həllini tapmamış stress yaşaması, nəticə olaraq gətirib tükənmişlik sindromuna çıxarır".

 

Bu ifadəni informator.az -a açıqlamasında Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova qeyd edib.

 

Psixoloq deyir ki, əsasən həkimlər , müəllimlər, pilotlar, sürücülər, şirkət rəhbərləri, bir sözlə daimi stressdə olanlar, həlli tapılmayan stress yaşayanlar tükənmişlik sindromu yaşayırlar.


“Tükənmişlik sindromunun ən pik həddi depressiyadır. Bizlərdə belə bir şey var ki, kimsə iş görməkdən yayınanda ya da bir az bikef görünəndə həmin adamın depressiyada olduğunu düşünürük. Lakin, depressiya çox ciddi məsələdir və əgər hormon bərabərliyi pozularsa, vitamin çatışmazlığı yaşanarsa, insan depressiyaya düşə bilər. Hətta depressiyanın ən pik həddində dərman müdaxiləsi lazım gəlir.

 

Psixoloq qeyd edir ki, tükənmişlik sindromunu ən çox yaşayan insanlar çox yüklənən, çox fəaliyyət göstərən, lakın fəaliyyətlərinin qarşılığını almayanlardır.

 

“Bu hal gətirib depressiyaya çıxarır. Psixoloji baxımdan Depressiyaya düşməyin səbəbləri insanın öz fərqindəliyin aşağı olması, nə üçün yaşadığını, həyatdakı məqsədini bilməməsi, işini hansı məqsədlə görməsi, gördüyü işin onu mənəvi cəhətdən nə qədər qane etməsi, həyatının onu nə qədər qane etməsi, ümumiyyətlə həyatının iplərinin öz əlində olub-olmaması kimi bütün bu mənəvi keyfiyyətlərin yoxsulluğu depressiyaya, eyni zamanda tükənmişliyə gətirib çıxarır”.

 

Müsahib əlavə edir ki, insanlar nə qədər özlərinin fərqində olsalar, yaşadıqları həyatla bağlı məqsədləri olsa, peşələrin sevsələr, həyatlarında balans yarada bilsələr depressiyadan bir o qədər uzaq olacaqlar.

 

“Əsasən həkimlər , müəllimlər, pilotlar, sürücülər, şirkət rəhbərləri yəni daimi stressdə olanlar,daimi həlli tapılmayan stress yaşayanlar tükənmişlik sindromuna yaşayır. Bəzi şirkətlər, məktəblər və digər müəssisələr var ki, bu məsələ ilə bağlı monitorinqlər edib işçilərin psixoloji vəziyyətini nəzarətdə saxlayır amma bu hər müəssisə üçün keçərli deyil”.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər