00:00:00
Yazar
Admin User
14.11.2025 17:06 169 3 dəq oxuma
Mədəniyyət

Türk dünyası kitabxanaları vahid Assosiasiyada birləşir

Türk dünyası kitabxanaları vahid Assosiasiyada birləşir

 

Azərbaycan türk dünyasının milli kitabxanalarını vahid platformada birləşdirmək təşəbbüsü ilə çıxış edərək 30 ildən artıq davam edən parçalanmış vəziyyəti aradan qaldırıb. Bu barədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” beynəlxalq konqresinin plenar iclasında məlumat verib.

 

Mövzu ilə bağlı politoloq Fuad Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, assosiasiyanın davamlılığı üçün bir neçə vacib addım var. İnstitusional çərçivə yaradılmalı, nizamnamə və idarəetmə modeli müəyyən edilməlidir:

"Təbii ki, bir sıra istiqamətlərdə çox mühüm inteqrasiyaya səbəb ola bilər, əsas da yarada bilər,xüsusilə mədəni irsin qorunması və paylaşılmasında. Kitabxanalardakı qədim əlyazmalar, kitablar və arxiv materialları texnoloji tələblərə uyğun rəqəmsallaşdırıla bilər. Bu sayədə məlumatlar türk dövlətlərinin kitabxanaları arasında asanlıqla əlçatan olur və ortaq mədəni miraslar üzrə kataloqlar hazırlana bilər.

İkinci mühüm istiqamət elmi tədqiqat əməkdaşlığıdır. Hər bir birgə tədqiqat materialların işlənməsi və rəqəmsallaşdırılması ilə etibarlı mənbəyə çevrilir. Türkoloji araşdırmalar, dilçilik, tarix, etnoqrafiya və digər sahələrdə birgə elmi layihələr işlənə bilər. Elmi tədqiqat əməkdaşlığı çərçivəsində tədqiqatçı və mütəxəssis mübadiləsi həyata keçirilə bilər, bu da türk xalqlarının dillərinin yaxınlaşmasına töhfə verə bilər. Kommunikasiyanın rus dilində deyil, ortaq türk dilində aparılması arzuolunandır. Hələ tam formalaşmasa da, xalqlar bir-birinin türkcələrini öyrənərək tədqiqat və akademik səviyyədə istifadə edə bilərlər. Ortak konqreslər, konfranslar və təlimlər də təşkil edilə bilər.

Rəqəmsal platforma və informasiya mübadiləsi mühümdür. Vahid elektron kitabxana sistemi yaradılmalı, rəqəmsal arxivlər uyğunlaşdırılmalıdır. Arxiv standartlaşdırıldıqda tədqiqatçılar vahid portalda istədikləri materiallara rahat daxil olub onlara istinad edə bilərlər. Antiplagiat məsələsi müasir elmdə önəmlidir və müəllif hüquqlarının qorunması vacibdir. Tədqiqatın aparanı, ixtiranın sahibi və müəlliflik hüquqları müəyyən edilməlidir. Bu baxımdan birgə müəllif hüquqları və açıq məlumat siyasəti vacib istiqamətlərdən biridir. Növbəti əsas istiqamət ədəbi irsin yayılması və təbliğidir. Türkdilli xalqların fərqli təqdimata malik, lakin ortaq milli və türk ruhuna sahib ədəbi irsi vardır. Bu irsin yayılmasında türk xalqlarının klassik və çağdaş ədəbiyyatının qarşılıqlı nəşri vacibdir, bu isə dillərin qarşılıqlı anlaşmasına töhfə verə bilər". 

Politoloq tərcümə proqramlarının vacibliyi məsələsinə də toxunub:

 

"Tərcümə proqramlarının genişləndirilməsi vacibdir. Qazax dili və Azərbaycan türkcəsi türk dillərinin qollarıdır, amma danışanda hər zaman bir-birimizi rahat anlaya bilmirik. Ortaq anlama mərhələsinə çatdıracaq tərcümə proqramları olmalıdır. Mədəni diplomatiya effektiv bir fenomendir. Türk dünyasının beynəlxalq aləmdə tanıdılması həm millət, həm də mədəni saxlanc üçün vacibdir. UNESCO və İslam ölkələrinin müvafiq qurumlarına birgə müraciətlər edilə bilər. Mədəni irsin geri qaytarılmasında kollektiv fəaliyyət vacibdir, çünki irs beynəlxalq səviyyədə tanınmalı və mənşəyi aydın göstərilməlidir. Assosiasiyanın davamlılığı üçün bir neçə vacib addım var. İnstitusional çərçivə yaradılmalı, nizamnamə və idarəetmə modeli müəyyən edilməlidir. İcra mexanizmləri hazırlanıb təsdiqlənməli və onlara əməl olunmalıdır. Daimi katiblik və mümkün regional ofislər yaradılmalı, üzv dövlətlər üçün bərabər təmsilçilik prinsipi tətbiq edilməlidir. İkinci mühüm addım maliyyə dayanıqlılığıdır. Təşəbbüsün uğuru üçün maddi təminat vacibdir. Üzv dövlətlərin illik ianələri, BMT, ATƏT və digər beynəlxalq qurumların qrantları, regional və beynəlxalq türk mexanizmlərinin dəstəyi təmin edilməlidir. Sponsorluq da əlavə maliyyə mənbəyi ola bilər.

İnfrastrukturun olması vacibdir. Elektron platforma, portal və rəqəmsal kitabxana yaradılır, ortaq texniki standartlar hazırlanır, kibertəhlükəsizlik və məlumatın mühafizəsi təmin olunur. Bu komponentlər rəqəmsal infrastrukturun işləkliyi üçün zəruridir. Dördüncü istiqamət elmi və mədəni əməkdaşlıq proqramlarıdır. Ortaq tədqiqat qrantları, kitab mübadiləsi və sərgilər – bu gün də davam edən effektiv formatlardır. Rəqəmsal arxivlər üzərində birgə layihələr onların əlçatanlığı və zənginləşməsi üçün vacibdir.

Beşinci istiqamət ictimaiyyətlə əlaqələrdir. Böyük toplumun hamısı peşəkar səviyyədə məlumatlı deyil, ona görə doğru və dürüst məlumat verilməlidir. Türk dünyası kitab irsinin tanıdılması üçün silsilə tədbirlər və media, sosial platformalarda vahid kommunikasiyanın qurulması mümkündür.

Altıncı və vacib istiqamət insan haqlarının təşviqi və təbliğidir. Burada insan haqlarının əhəmiyyəti və dəyər kimi qəbul olunması önəmlidir. Azərbaycan və digər türk xalqları 1940-cı illərdən bəri BMT konvensiyaları da daxil olmaqla bir çox beynəlxalq sənədlərə tərəfdardır". 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər