Məşhur aşığın xanəndə oğlu vəfat edib
Salyanda tanınan xanəndə Vaqif Qurbanoğlu dünyasını dəyişib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Vaqif Qurbanxan oğlu Babayev bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasına kamotoz vəziyyətdə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınan Aşıq Qurbanxanın oğludur.
