Türk klubları avrokubok həftəsini qələbələrlə tamamlayıb
Ötən gecə UEFA Avropa Liqasında və Konfrans Liqasında oyunlar keçirilib. "Fenerbahçe ” “Stuttgart”ı 1:0, “Samsunspor” isə “Dinamo” (Kiyev)-i 3:0 hesabı ilə məğlub edib. Daha əvvəl “Galatasaray” Çempionlar Liqasında “Budyo Qlimt” üzərində 3:1 hesablı qələbə qazanıb.
Mövzu haqqında keçmiş azərbaycanlı futbolçu Aslan Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, bu mərhələdəki qələbələr hələ heç bir nəticə vermir:
"Çünki bundan öncəki illərdə “Qalatasaray” UEFA Kubokunu qazanıb “Beşiktaş” və “Fənərbaxça” zaman-zaman Çempionlar Liqasının qrupunda oynayıblar və orada ən azından play-off–lara da çıxa biliblərsə, indi qazanılan nəticələr hələ də aşağı nəticələr sayılır. Çünki Türkiyə klublarının potensialını nəzər alsaq, indi onları düşüşdə hesab etmək olar. “Qalatasaray” vaxtaşırı daha yaxşı performans göstərir. Amma onlardan da Avropa kubokunun sahibi kimi daha böyük nəticələr gözlənilir və bu onların ən yüksək nəticələri deyil. Bu nəticələr onlara özlərinə inamı qaytarır deyə bilmərik,bu qələbələr klublara cüzi olaraq motivasiya olur,lakin Türkiyə futboluna böyük üstünlük gətirmir.Oyunçular arasında “Qalatasaray”dan Torreyranı meydanın mərkəzində ən yaxşı topu alan, hücuma daşıyan oyunçu kimi qiymətləndirmək olar. “Fənərbaxça”da hər hansı bir oyunçunu xüsusi olaraq vurğulamaq olmur. Kərəmi deyirlər, ancaq əvvəlki performansında deyil, oyun sürətini tam olaraq göstərə bilməyib. Amma komanda şəklində daha yaxşı çıxış ediblər. 1-0 qalib gəlmələrinə baxmayaraq, “Ştutqart”ın yetəri qədər qol imkanları olub.Bu komandalar göstərdikləri performansdan qat-qat artığını göstərə bilərlər. Ona görə də, hər hansısa bir oyunçunun kifayət qədər oynaması qeyd edilə bilmir".
Nazim Xeyrxəbərli
