00:00:00
Yazar
Admin User
04.09.2025 13:31 109 2 dəq oxuma
İdman

Türkiyə AvroBasket 2025-də qrup lideri kimi pley-off mərhələsinə yüksəlib

Türkiyə AvroBasket 2025-də qrup lideri kimi pley-off mərhələsinə yüksəlib

 

Türkiyə AvroBasket 2025-də A qrupunu lider olaraq tamamlayıb və 6 sentyabrda pley-off mərhələsində İsveçlə qarşılaşacaq.

 

Ergin Atamanın komandası 3 sentyabr axşamı Riqada turnirin favoritlərindən olan Serbiyanı 95-90 hesabı ilə məğlub edərək çempionluq iddiasını gücləndirib.

 

Matçda diqqətlər Houston Rockets-in mərkəz oyunçusu Alperen Şengün ilə NBA superulduzu Nikola Yokicin üzərinə yönəlib. Hər iki komanda məğlubiyyətsiz olub və liderlik uğrunda mübarizə aparıb.Şengün Türkiyəni 28 xal, 13 ribaund və 8 asistlə irəliyə daşıyıb.

 

“Yokiç dünyanın ən yaxşı oyunçularından biridir. Hətta hazırda ən yaxşısıdır" , -  deyə Şengün oyundan sonra bildirib.

“Ona qarşı oynamaq və qələbə qazanmaq bizim üçün çox önəmli idi. Mənim üçün isə əlavə motivasiya da var idi. Qələbəyə və öz oyunumdan razıyam".

 

Türkiyə matçın sonunu sərbəst atışlarla qapadıb.41 saniyə qalmış Şengün cərimə atışlarından ikisini dəqiq yerinə yetirərək komandasını 91-90 önə çıxarıb.15 saniyə qalmış Şeyn Larkin faul qazanıb və iki atışı da dəqiq yerinə yetirib.10 saniyə qalmış isə Şengün yenidən xəttə gələrək hesabı 95-90 edib.

 

Serbiyanın lideri Nikola Yokiç 22 xal, 9 ribaund və 3 top oğurlama ilə yadda qalıb.

 

Baş məşqçi Ergin Ataman oyunçularından qürur duyduğunu bildirib:

“Biz turnirin favoritini – Serbiyanı inanılmaz oyunda məğlub etdik. Bütün uşaqlarla fəxr edirəm, ümid edirəm türk xalqı da fəxr edir".

 

Qrup mərhələsini Almaniya ilə yanaşı məğlubiyyətsiz bitirən Türkiyə 6 sentyabrda İsveçlə 1/4 finala vəsiqə uğrunda oynayacaq. Ataman oyunçularını diqqətli olmağa çağırıb:

“İndi pley-off başlayır. Rəqib kim olur-olsun, hər oyunda diqqətli oynamalıyıq".

 

Digər oyunlarda:

 

1.Britaniya Myles Hessonun 25 xalı ilə Monteneqronu 89-83 hesabı ilə məğlub edərək 12 ildən sonra ilk qələbəsini qazanıb.Bu nəticə Monteneqronun pley-off şansını bitirib. Hesson həm də 7 ribaund toplayıb,Akwasi Yeboah isə 23 xal əlavə edib.Chicago Bulls-un mərkəz oyunçusu Nikola Vuçeviç Monteneqro üçün 31 xal, 11 ribaund və 7 asistlə parlayıb, lakin 18 top itkisi məğlubiyyətə səbəb olub.

 

2.Həm Monteneqro, həm də Britaniya turnirdən kənar qalıb.Bu nəticə İsveçin xeyrinə olub– komanda Litvaya 74-71 hesabı ilə uduzsa da, tarixində ilk dəfə pley-off-a yüksəlib.

 

3.Portuqaliya Estoniyanı 68-65 hesabı ilə məğlub edərək A qrupundan çıxmağı bacarıb.Oyunda Boston Celtics-in mərkəz oyunçusu Nemiyaş Queta 3-cü hissədə meydandan qovulub. Son dəqiqədə 64-61 geridə olan Portuqaliya Rafael Lisboa-nın üç xallıq zərbəsi ilə hesabı bərabərləşdirib, daha sonra isə 4 cərimə atışı ilə matçı bağlayıb.Lisboa oyunu 17 xal və 5 asistlə tamamlayıb.Portuqaliya 6 sentyabrda 1/4 finala vəsiqə üçün Almaniya ilə qarşılaşacaq.

 

Hurriyet Daily news

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər