00:00:00
Yazar
Admin User
29.12.2025 17:17 79 1 dəq oxuma
Dünya

Türkiyə ilə Ermənistan arasında viza asanlığı qərarı

Türkiyə ilə Ermənistan arasında viza asanlığı qərarı

 

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində iki ölkə arasında qarşılıqlı səfərləri asanlaşdıracaq mühüm bir addım atılıb. Yeni ildən etibarən Ermənistana pulsuz viza almaq mümkün olacaq.

Türkiyə və Ermənistanın yayımladığı birgə açıqlamada Normallaşma Prosesi üzrə Xüsusi Nümayəndələr arasında əldə olunan razılaşmanın detalları paylaşılıb.


Açıqlamada, “Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosesini asanlaşdırmaq qərarı almışdır” ifadələri yer alıb.

İki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahiblərinin 1 yanvar 2026-cı il tarixindən etibarən pulsuz olaraq elektron viza ala biləcəkləri bildirilib.

Xarici İşlər Nazirliyi, “Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini tam normallaşma hədəfi ilə, ön şərtsiz şəkildə davam etdirmək öhdəliklərini bir daha təsdiqləyir” açıqlamasını verib.


TRT XƏBƏR
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər