Türkiyə Milli Komandası Gürcüstan matçının hazırlıqlarını davam etdirib
Montellanın sözləri belədir:
"Dörd qapıçımız var. Kim oynayırsa, oyuna rahat gedirik. Belə bir şansımız var. Təbii ki, kimin oynayacağını demirik".
"Gürcüstan çox hörmət etdiyim komandadır. Onların son bir ildə təkmilləşmiş milli komandası var. Onlar da bizim kimi Avropa çempionatında öz millətini qürurlandıran komandadır. Onların nə etdiyini bilirik; çətin matçdır, amma biz hazırıq! Əlimizdən gələni edəcəyik".
Arda Gülər hazırda Real Madriddə yarımmüdafiəçi oynayır. Taktikanızda nəsə dəyişə bilərmi? Eyni mövqedə qalacaqmı?
"Bu il Arda Gülərin bütün matçlarını izlədim. Hücumçu arxasında və yarımmüdafiədə oynadığını gördüm. Onu fərqli mövqelərdə gördük. O, bütün sahələri görən, hər yerdə oynaya bilən futbolçudur. Fərqli mövqelərdə oynamaq bacarığı olan futbolçudur".
Transfer mövsümündəyik. Bir çox futbolçu transferlərini tamamlayıb, bəziləri isə hələ də danışıqlardadır. Komandanın vəziyyəti necədir? Əlavə motivasiya xarakterli çıxışlar etmisinizmi?
"Bu, bizim əlimizdə deyil. Belə bir dövrlə qarşılaşmışıq. Bu transfer dönəmində transfer olunan və haqqında danışılan çoxlu oyunçular olub, lakin böyük oyunçular bundan təsirlənməyəcək. Bu baxımdan heç bir problem olduğunu düşünmürəm".
Gürcüstanın baş məşqçisi Saqnol, "Bu, qrupdakı ilk oyunumuzdur, lakin bu, bizim ən vacib matçımızdır" deyib.Məşqçimiz də belə düşünür?"
"Əlbəttə, bu, şübhəsiz ki, bizim ən vacib qarşılaşmamızdır. Avropa çempionatında dediyim kimi, onların çətin rəqib olduğunu bilirik, onların nə qədər vacib olduğunu bilirik. Hazırlığımızı etdik və istədiyimiz nəticəni əldə etmək üçün meydanda olacağıq".
"Biz bilirik ki, bu stadionda isti atmosfer olacaq. Skaut komandamızdan da insanlar gəldi. Bizi nə gözləyə biləcəyimizi bilirik. Hər matçın fərqli hekayəsi var. Biz bütün variasiyalara hazırlaşmışıq. Nəticəni istəyirik.
Əlbəttə, bu, şübhəsiz ki, bizim ən vacib qarşılaşmamızdır. Avropa çempionatında dediyim kimi, onların çətin rəqib olduğunu bilirik, onların nə qədər vacib olduğunu bilirik. Hazırlığımızı etdik və istədiyimiz nəticəni əldə etmək üçün meydanda olacağıq".
"Şübhəsiz ki, bu, bizim ən vacib matçımızdır. Bunu Avropa çempionatında da demişəm, onlar çətin rəqibdir. Onların nə qədər vacib rəqib olduğunu bilirik".
Fanatik
Həlimə Əliyeva
