Türkiyə millisi 1/4 finala yüksəlib
Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatının 1/4 finalına yüksəlib.
Mövzu ilə bağlı ekspert Kənan Məstəliyev “İnformator.az”a olan açıqlamasında bu qələbənin böyük bir hadisə olduğundan söz açıb:
“Türkiyə basketbol yığma komandasının 1/4 finala yüksəlməsi,əslində,böyük nəticədir.Çünkü komanda 2009-cu ildən bəri bu mərhələyə qədər gələ bilmirdi.Baxmayaraq ki,Türkiyə basketbol ölkəsidir.NBA-da,Avropanın böyük klublarında yetəri sayda türkiyəli basketbolçular oynuyurlar.Eyni zamanda Türkiyənin klub basketbolu çox inkişaf etmiş səviyyədədir.Bir sıra klublar var ki,onlar Avropanın nəhəngləri sayılırlar.Avro Liqanı da dəfələrlə götürüblər.Mütəmadi olaraq ən yüksək mərhələlərdə oynuyublar.Klub basketbolunda hər şey qaydasında olsa da,yığma komandada bəzi problemlər var. EuroBasketdə bu problemlər görsənirdi buna qədər.Bu il isə nisbətən uğurlu çıxış edir bu komanda.Artıq,düzdü,çətinlik hissəsini keçdilər,amma 1/4 finala yüksəlmələri əslində son illərə baxanda uğur sayıla bilər”.
Ekspert komandanın əsas gücündən də bəhs edib:
“Komandanın hazırkı əsas gücü,üstünlüyü gənclərin daha dinamik oynamasıdır,xüsusi ilə də Alperən Şəngünün ön plana çıxmasıdır.Ümumiyyətlə,Alperən Şəngün fırtına kimidir.Ortalama 20 xalla oynayır.Yəni çox dinamikdir,komandaya çox köməyi dəyir.Elə onun simasında türkiyəli basketbol sevənlərin,xüsusi ilə də yeniyetmə gənc nəslin ona baxaraq daha da həvəslənməsi,idman növünü seçməsində tərəddüd edənlərin məhz basketbolu seçməsinə gətirib çıxarır.Bu basketbolun Türkiyədə populyarlaşmasına xüsusi ilə müsbət təsir edə bilər.1/4 finalda Türkiyənin daha da irəliləmə şansı var.Türkiyə yığması mümkün qədər daha yuxarıya getməli,hətta çempionatı udmağa çalışmalıdır.Bu çempionat bir qədər fərqlidir,qaydalarda da kiçik düzəlişlər var.Hətta meydançanın özündə də bəzi düzəlişlər var.Yığmalar köhnə basketbolu oynayaraq uğur qazanma şansları əldə ediblər,ona görə də Türkiyənin daha da irəli getmə şansı var.Bu komanda nə qədər çox uğur qazanarsa,bu Türkiyədə basketbolun yenidən öz populyarlığını qaytarmasına,daha da populyarlaşmasına kömək edə bilər”.
Həbibə Xankişiyeva
