Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci toplantısı Ankarada keçiriləcək
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası sabah Ankarada Xarici İşlər naziri Hakan Fidan və qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçiriləcək.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci toplantısında nazir Hakan Fidanın iki ölkə arasında siyasi münasibətlərdə əldə olunan səviyyədən və bu çərçivədə yüksək səviyyəli səfərlər və təmaslardan məmnunluğunu ifadə edəcəyi gözlənilir.
TRT XƏBƏR
Selcan Xudiyeva
