00:00:00
Yazar
Admin User
29.01.2026 19:03 69 1 dəq oxuma
Dünya

Türkiyə Qəzzaya qoşun göndərməyə hazırdır

Türkiyə Qəzzaya qoşun göndərməyə hazırdır

Türkiyə tələb olunarsa, Qəzza zolağına beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində qoşun göndərməyə hazırdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

 

"Qəzza sülh planının müddəalarından biri orada beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutur. Bu vacibdir. Əgər bu, həyata keçirilərsə, inanıram ki, bu, həm İsrailə, həm də fələstinlilərə heç bir hücumun və ya təhlükəsizlik müqavilələrinin pozulması riskinin olmamasını təmin etməyə kömək edəcək. Bu, Fələstin məsələsində yeni bir fəsil olacaq. Tələb olunarsa, biz bu qüvvələrə hərbi hissələr göndərməyə hazırıq. Lakin qüvvələr məsələsi hərtərəfli danışıqların mövzusudur", - nazir bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər