00:00:00
Yazar
Admin User
01.12.2025 17:19 94 1 dəq oxuma
İdman

Türkiyə Superliqasında İstanbul derbisi həyəcanı

Türkiyə Superliqasında İstanbul derbisi həyəcanı

"Çox gərgin bir oyun olacaq".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, İstanbul derbisi yalnız Türkiyənin deyil, dünyanın ən önəmli derbilərindən biridir:

 

"Ümumiyyətlə son illərə baxsaq "Qalatasaray"ın "Fənərbaxça" meydanında qələbələri var. Amma onu da nəzərə alaq ki, "Qalatasaray" son mövsümdə yüksəlişdə olanda "Fənərbaxça" isə enişdə idi. "Fənərbaxça"nın yeni baş məşqçisi Tedeso isə komandanı dirçəldib. Ona görə də, mənim üçün bu matçın favoriti "Fənərbaxça"dır. Matçda hər hansı bir futbolçunun önə çıxacağı mövzusu hələ dəqiq deyil. Bu matç ümumilikdə mövsümə çox da böyük təsir etməyəcək, çünki hələ mövsümün başındayıq. Sadəcə əzəli rəqib üzərində qələbə komandaya böyük sevinc, uğur və təbii ki reytinq gətirəcək".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər