00:00:00
Yazar
Admin User
02.01.2026 16:48 73 1 dəq oxuma
Dünya

Türkiyə və 7 ölkə Qəzzaya yardım çağırışı edib

Türkiyə və 7 ölkə Qəzzaya yardım çağırışı edib

 

 

Türkiyə və Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri Qəzzadakı vəziyyətlə bağlı birgə yazılı bəyanat yayıblar. Bəyanatda Qəzza zolağında humanitar durumun ağır hava şəraiti, davam edən məhdudiyyətlər və əsas ehtiyacların çatışmazlığı səbəbindən daha da pisləşdiyi qeyd olunub. Qeyri-kafi sığınacaqlarda yaşayan təxminən 1,9 milyon köçkünün, uşaqların, qadınların, yaşlıların və xəstələrin ciddi risk altında olduğu vurğulanıb.


Nazirlər humanitar yardımın Qəzzaya fasiləsiz, tam və maneəsiz şəkildə çatdırılmasını, BMT və beynəlxalq humanitar təşkilatların bölgədə sərbəst fəaliyyət göstərməsini və Refah Sərhəd Keçid Məntəqəsinin hər iki istiqamətdə açılmasını tələb ediblər. UNRWA başda olmaqla BMT qurumlarının və beynəlxalq QHT-lərin səyləri yüksək qiymətləndirilib, onların fəaliyyətinə hər cür maneənin qəbuledilməz olduğu bildirilib.

Bəyanatda atəşkəsin davamlılığının təmin edilməsi, Qəzzada müharibəyə son qoyulması, infrastruktur və xəstəxanaların bərpası, eləcə də Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlətləşmə hüququna aparan etibarlı yolun açılmasının vacibliyi qeyd edilib. Beynəlxalq ictimaiyyət İsrailə humanitar yardıma qoyulan məhdudiyyətlərin dərhal aradan qaldırılması üçün təzyiq göstərməyə çağırılıb.

 

TRT Xəbər
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər