Türkiyə və Ermənistan viza sadələşdirilməsi ilə bağlı razılığa gəliblər
Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunu sadələşdirmək qərarına gəldiyini açıqlayıb.
Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın Xüsusi Nümayəndələri arasında Normallaşma Prosesi üzrə əldə edilən razılaşma çərçivəsində yeni bir addımın atıldığını açıqlayıb.
Bəyanatda qeyd olunur ki, iki ölkə diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosesinin asanlaşdırılması barədə qarşılıqlı razılığa gəlib və aşağıdakılar daxildir:
Hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 1 yanvar 2026-cı il tarixindən etibarən elektron vizaları pulsuz əldə edə biləcəklər. Bu münasibətlə Türkiyə və Ermənistan tam normallaşma məqsədi ilə iki ölkə arasında normallaşma prosesini qeyd-şərtsiz davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər.
TRT XƏBƏR
Ləman Mahmudlu
