00:00:00
Yazar
Admin User
17.11.2025 08:14 123 1 dəq oxuma
İdman

Türkiyədə bir futbol oyununda 24 qırmızı vərəqə göstərilib

Türkiyədə bir futbol oyununda 24 qırmızı vərəqə göstərilib

Türkiyədəki bir futbol oyununda 24 qırmızı vərəqə göstərilib.

 

“İnformator.az”ın məlumatına görə, bu, Regional Həvəskar Liqasında (BAL) baş verib.

 

“Murgulspor”un “Rize Atletikspor”u qəbul etdiyi qarşılaşmada insident yaşanıb. Meydan sahibləri ilk hissəni 1:0 hesabı ilə öndə tamamlayıb. Birinci yarı bitəndən sonra iki komanda arasında dava başlayıb.

 

Təhlükəsizlik əməkdaşları bir neçə dəqiqə davam edən münaqişəni dayandıra biliblər. Nəticədə görüşün hakimi 24 qırmızı vərəqə göstərib və qarşılaşma yarımçıq dayandırılıb.

 

Oyunla bağlı Türkiyə Futbol Federasiyası qərar verəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər