Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib.
“İnformator.az” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, Yalova şəhərinin Almalıq (Elmalık) rayonundakı evlərin birində İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb.
Yaralanan polislərin həyati təhlükəsinin olmadığı bildirilib.
