Türkiyədə İŞİD: Təşkilatlanması, fəaliyyəti, hücumları
Son həftələrdə Türkiyədə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı aparılan əməliyyatlar və Yalovada baş verən atışma bu qruplaşmanın ölkədəki fəaliyyəti məsələsini yenidən gündəmə gətirib.
Son dövrdə bir çox vilayətdə keçirilən əməliyyatlar zamanı onlarca İŞİD şübhəlisi saxlanılıb. Yalovada təşkil olunan əməliyyatda baş verən atışma nəticəsində üç polis əməkdaşı həlak olub, altı şübhəli öldürülüb. İŞİD uzun illərdir Türkiyədə də fəaliyyət göstərən və keçmişdə hücumlar törətmiş bir təşkilatdır. 2014-cü ildə İraq və Suriyada faktiki “xilafət” elan edən və 2017-ci ildən etibarən ciddi güc itirən bu qruplaşma zamanla Türkiyədə də zəifləyib. Lakin bu günlərdə onun ölkədəki vəziyyəti yenidən maraq doğurur. 2013-cü ildə qurulan və bir il sonra “xilafət”ini elan edən təşkilat Suriya və İraqın geniş ərazilərinə nəzarəti ələ keçirməyib. Eyni zamanda, bir çox ölkədə hücumlar təşkil etməyə başlayıb. İŞİD zamanla Türkiyədə də gizli şəkildə təşkilatlanmağa çalışıb. Türkiyə sərhədlərindən isə keçid məqsədilə istifadə edib. Təşkilata qoşulub Türkiyədə fəaliyyət göstərənlər olduğu kimi, ölkə xaricindəki əməliyyatlara qatılanlar da olub.
BBC NEWS
Səmayə Səftərova
