00:00:00
Yazar
Admin User
21.01.2026 19:56 76 1 dəq oxuma
Dünya

Türkiyədə yoxa çıxan rusiyalı üzgüçünün meyiti tapılıb

Türkiyədə yoxa çıxan rusiyalı üzgüçünün meyiti tapılıb

Ötən ilin avqustunda İstanbul boğazında yarış zamanı itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi tapılıb.

 

"İnformator.az" "TASS"a istinadən xəbər verir ki, DNT testi tapılan cəsədin rusiyalı üzgüçü Sveçnikova məxsus olduğunu təsdiqləyib.

 

İdmançının axtarışı yayın sonundan bəri davam edirdi, lakin aktiv mərhələ oktyabrın sonunda başa çatıb.

 

Yerli hakimiyyət orqanlarının rusiyalı üzgüçünün tapılması istiqamətində dalğıclarla birlikdə qayıqlardan, helikopterlərdən və digər texniki vasitələrdən istifadə etdiyi bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər