Türkiyəli aktyor Aydemir Akbaş xərçəngə yaxalandı
"Hanımın Çiftliği", "Keşanlı Ali Destanı" kimi serialların aktyoru Aydemir Akbaş yenidən xərçəngə tutulub.
İnformator.az xəbər verir ki, Akbaş bu barədə sosial media hesabında məlumat yayıb. Özünü çox yaxşı hiss etdiyini bildirən Akbaş, "İnşallah yenidən öhdəsindən gələcəyəm" deyib.
10 il əvvəl xərçəngə yaxalanan Aydemir Akbaş ikinci dəfə xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. 86 yaşlı həkimi ilə şəklini paylaşan Akbaş 15 gündür analizlərinin aparıldığını və artıq xərçəng olduğunun dəqiq olduğunu bildirib.
